Dünya, Hadisə
19.01.2018 / 02:30

Rusiyada azərbaycanlıların iştirakı ilə atışma olub, ölən və yaralananlar var

Rusiyada azərbaycanlıların iştirakı ilə atışma olub, ölən və yaralananlar varRusiyanın Volqoqrad şəhərində atışma zamanı 1 nəfər ölüb, ikisi azərbaycanlı olmaqla, 3 nəfər ağır yaralanıb.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, münaqişə şəhərin Krasnoarmeyski küçəsində fəaliyyət göstərən kafelərdən birində baş verib.

Məlumata görə, öldürülən şəxsin milliyyətinin rus, yaralananlardan birinin – çeçen, digər iki nəfərin isə azərbaycanlı qardaşlar olduğu bildirilir.

Qafqazlı olduğu bildirilən silahlı şəxslər hadisə yerindən iki avtomobillə uzaqlaşıblar. “İnfiniti” və “Lada Priora” markalı avtomobillərin axtarışı və saxlanılması istiqamətində əməliyyat aparılır.

Bəzi məlumatlara görə, hücum edən şəxslər artıq saxlanılıb.

İnform.az

Baxış sayı: 146