Maraqlı
19.01.2018 / 11:00

Cılız oğlan nəticədə... Jan Klod Van Damme

Cılız oğlan nəticədə...O 1960-cı il 18 oktyabrda Brüsseldə belçikalı mühasiblər ailəsində dünyaya gəlir.

Doğulduğu gündən zəif və ağlağan uşaq idi və daim bədənində zərbə yerlərinin izi ilə gəzirdi. Belə ki, həm yaşıdları güclərini onun üzərində sınaqdan keçirməyi sevirdilər. Onun 11 yaşı olduqda atası onu karate salonuna gətirir və bununla oğlunun bütün həyatını dəyişəcəyini ağlının ucundan belə keçirmir.

O qalın şüşəli eynək taxır və klassik balet ilə məşğul olurdu. Hər kəs evə getdikdə və zal boş qaldıqda o bir neçə saat karate fəndləri öyrənirdi. Bununla yanaşı, o karate ilə eyni zamanda psixoloji hazırlıq və özünütəlim ilə məşğul olurdu ki, nəticədə də bunun köməkliyi ilə özünə əminlik hissi qazanır.

O özündən yaşca böyüklər ilə məşq edirdi. 16 yaşı olduqda prestijli turnirdə qalib gəlir. O final görüşündə özündən iki dəfə böyük və iki dəfə ağır bir şəxslə görüşməli olmuşdu. Məşqçisi ilk günlərdən onun gücünü kəşf etmiş və ona mütləq çempion olmalı olduğunu bildirmişdi. Məşqçi ona digərlərindən daha çox zaman ayırırdı və məşqlər tək idman zalı ilə məhdudlaşmırdı.

1978-ci ildə gənc qara kəmər əldə edir, 8 mart 1980-ci ildə isə Avropa çempionu adını qazanır.

90-ci illərin əvvəllərində Çak Norrisin gecə klubunda işləyir. Nəhayət bu oğlan 1988-ci ildə kinoya çəkilir və “Bloody sport” filminə görə dünya məşhurluğu qazanır.

Nəticədə cılız oğlan –Jan Klod Van Damm Hollivud ulduzu olaraq böyüyür.

Mənbə:kayzen.az

Baxış sayı: 152