Maqazin
18.01.2018 / 15:14

"Meymunu özümə oxşadıram..." Elza Seyidcahan

"Meymunu özümə oxşadıram..."

Əməkdar artist Elza Seyidcahan “Sayqa ilə bu axşam” proqramının qonağı olub.

Axşam.az-ın məlumatına görə, verilişdə maraqlı anlar yaşanıb. Belə ki, efirə müxtəlif heyvanlar gətirilib.

E.Seyidcahan isə “Maki” adlı meymunu şou-biznes nümayəndələri arasında özünə bənzədib:

"Mən də sənin kimi meymunam ey. Meymunu özümə oxşadıram".

Müğənni eyni zamanda ölən pişiyindən danışıb. O bildirib ki, pişiyin dərisini soyub saxlayır:

"Ondan sonra heyvan saxlamaram. Ceylanın ruhu inciyər. Mən çox etibarlıyam. Pişiyimin dərisini soyub başımın üstündə saxlayıram".



İnform.az

Baxış sayı: 1032