Maqazin
18.01.2018 / 14:59

Məşhur aktyor evini satışa çıxarıb- FOTO

Məşhur aktyor evini satışa çıxarıb-

Dünyaca məşhur amerikalı aktyor, Hollivud ulduzu Bryus Uillis Nyu-Yorkdakı mənzilini satmağa qərar verib.

İnform.az bildirir ki, "Sputnik Azərbaycan" bu barədə "Daily Mail"ə istinadən xəbər verib.

62 yaşlı aktyor və 39 yaşlı xanımı Emma Heminq bu mənzili Amerika Milli Basketbol Assosiasiyasındakı (NBA) "Miluoki Baks" klubunun rəhbəri Vesli Edensdən 17 milyon dollara almışdılar.

Nyu-Yorkun "Aşağı Qərb" prospektindəki çoxmərtəbəli yaşayış binasında yerləşən dupleks mənzil 17,75 milyon dollara satışa çıxarılıb. 4 yataq otağından ibarət, 560 m2 sahəsi olan ev iki mənzilin biriləşdirilməsi nəticəsində yaradılıb.

Məşhur aktyor evini satışa çıxarıb-


İnform.az


Baxış sayı: 165