Elm-təhsil
18.01.2018 / 13:15

ADAU nun müəllimi qalib oldu

ADAU nun müəllimi qalib olduAzərbaycan Həmkarlar İttifaqı Konfederasiyasında “İlin peşəkar gənci” müsabiqəsinin qaliblərinin rəsmi təltif olunma mərasimi keçirilib.

ADAU-nun mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının İcraiyyə Komitəsi müstəqil Azərbaycanın gələcəyi üçün elmin və mədəni tərəqqinin əhəmiyyətini nəzərə alaraq ayrı-ayrı sahələrdə fəaliyyət göstərən gənclər arasında müxtəlif sənət növlərinə, peşələrə və əmək fəaliyyətinə marağın artırılması, onların qüvvə və bacarıqlarının respublikanın sosial-iqtisadi inkişafına səfərbər edilməsi, həmkarlar ittifaqı üzvlüyünə motivasiyanın gücləndirilməsi məqsədi ilə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi naaliyyətlər əldə edən gənclər üçün “İlin peşəkar gənci” fəxri adının təsis edilməsi haqqında 21 avqust 2015-ci ildə qərar qəbul edib.

Kənd Təsərrüfatı nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin Həmkarlar İttifaqı Komitəsi “İlin peşəkar gənci” müsabiqəsinin şərtlərinə uyğun olaraq “Mühasibat uçotu və audit” kafedrasının müəllimi İsa Heydər oğlu Şəfiyevin namizədliyini irəli sürüb.

İsa Şəfiyev Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev tərəfindən xüsusi diplom və döş nişanı ilə mükafatlandırılıb.

ADAU nun müəllimi qalib oldu


ADAU nun müəllimi qalib oldu


İnform.az

Baxış sayı: 179