Elm-təhsil
18.01.2018 / 14:23

Gürcüstanlı alimlərin seminarı keçirilib- Fizika İnstitutunda

Gürcüstanlı alimlərin seminarı keçirilib-Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Gürcüstanın İlya Universitetinin professoru Avtandil Tavxelidze və Mikronano elektronika İnstitutunun professoru Z.Taliaşvilinin iştirakı ilə seminar keçirilib.

Qonaqları təqdim edən İnstitutun İnnovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov bildirib ki, seminar birgə aparılmış tədqiqatların nəticələrinə həsr olunub.
Bu barədə İnform.az-a İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinindən məlumat verilib.
Məlumatda deyili ki, seminar A.Tavxelidzenin ”Dövri nanoquruluşların həndəsəsi ilə şərtlənən kvant effektləri” adlı məruzəsi ilə davam edib. O, ilk olaraq aparılmış təcrübələr haqqında məlumat verib. Bildirib ki, ölçmələrin əksəriyyəti Fizika İnstitutunda quraşdırılan cihazlarda aparılıb. A.Tavxelidze məruzəsində əldə olunan nəticələrdən geniş bəhs edib.

Daha sonra seminar Z.Taliaşvilinin “Monokristalik silisium əsaslı nanoquruluşlu səthə malik günəş elementlərinin hazırlanması” və İnstitutun direktoru, akademik Nazim Məmmədov, direktor müavini Ayaz Bayramovun “Monokristalik silisium əsasında dövri nanoquruluşların optik xassələri ” mövzulu məruzələri ilə davam edib.

Sonda mövzular ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

Gürcüstanlı alimlərin seminarı keçirilib-


İnform.az

Baxış sayı: 236