Baş xəbər, Maqazin
18.01.2018 / 13:59

"Sənə mütləq zəng edəcəyəm...Sən əlasan..."- Pornoulduz Trampla intim münasibətlərindən danışıb

"Sənə mütləq zəng edəcəyəm...Sən əlasan..."-

Donald Trampın aralarındakı əlaqə barədə susması üçün pul ödədiyi iddia edilən pornoulduzun 2011-ci ildə dediklərinin təfərrüatları dərc olunub.

Əsl adı Stefani Klifford olan Stormi Daniels iddia edir ki, o, 2006-cı ildə, Melania Trampın dünyaya övlad gətirməsindən dörd ay sonra onun əri Donaldla intim münasibətdə olub.

İnform.az musavat.com-a istinadən xəbər verir ki, porno aktrisanın dediyinə görə, onlar məşhurların qolf çempionatında tanış olublar.

Danielsin Trampın seksual qabiliyyəti də daxil, onunla münasibətləri barədə verdiyi açıq-saçıq müsahibə ABŞ jurnallarından birində dərc edilib.

Bundan əvvəl yayılmış xəbərlərdə aktrisanın mətbuata məlumat verməmək barədə ödənişli müqavilə imzaladığı bildirilirdi.

Ötən həftə məlum olmuşdu ki, Trampın vəkili seçkidən az əvvəl bu münasibətlər barədə susması üçün Danielsə 130 min dollar ödəyib.

Image result for Stormy Daniels

"Wall Street Journal" qəzeti xəbər verir ki, sövdələşmə barədə razılaşmanı 2016-cı ilin oktyabrında Trump Organisation şirkətinin baş hüquqşünası Maykl Koen əldə edib.

Buna baxmayaraq, müsahibənin 2011-ci ildə, yəni susmaq barədə iltizam verilməzdən əvvəl yazıldığı xəbər verilir. İndi bu müsahibənin geniş mətni çərşənbə günü mediada dərc olunub.

Daniels indiyədək 150 porno filmində çəkilib.

Aktrisa "In Touch" jurnalına deyib: "Əslində mən bunu niyə etdiyimi bilmirdim, amma yadımdadır ki, seks vaxtı ona deyirdim ki, mənə pul verməyə çalışmasın".

Daniels Tram-la seksi "ortabab" adlandırır.

O iddia edib ki, cənab Trampla 2006-cı ilin iyulunda məşhurların American Century adlı qolf turnirində tanış olub.

"O elə hey mənə baxırdı və axırda biz eyni avtokarta mindik" - deyib aktrisa. O bildirib ki, daha sonra Tramp ondan telefon nömrəsini istəyib.

"Sonra o məni həmin gecə şama dəvət etdi və mən "əlbəttə" dedim" - deyir Daniels.

O nəql edir ki, Trampın otel otağına gələndə onun Keysi adlı cangüdənlə və əynində pijama televizora baxdığını görüb.

Image result for Stormy Daniels

Daha sonra isə Tramp çarpayının kənarında oturaraq "gəl bura" deyib.

Danielsin dediyinə görə, sonra onlar öpüşməyə başlayıblar.

Daniels iddia edir ki, Trump seksdən sonra elə durmadan deyirmiş: "Sənə mütləq zəng edəcəyəm. Mən səni yenə də görməliyəm. Sən əlasan. Gərək səni The Apprentice verilişimə çəkim".

Aktrisa bildirib ki, onlar Trampla onun Los Angeles-dəki mülkü də daxil olmaqla bir neçə dəfə görüşüblər.

Prezidentin şəxsi vəkili Koen deyib: "Prezident Tramp xanım Danielslə hər hansı əlaqələrini bir daha qətiyyətlə təkzib edir"

"Sənə mütləq zəng edəcəyəm...Sən əlasan..."-


"Sənə mütləq zəng edəcəyəm...Sən əlasan..."-




İnform.az

Baxış sayı: 1286