Baş xəbər, Siyasət
18.01.2018 / 11:14

Azərbaycan prezidenti Davos forumunda çıxış edəcək

Azərbaycan prezidenti Davos forumunda çıxış edəcəkAzərbaycan prezidenti İlham Əliyev Davos İqtisadi forumuna qatılacaq.

İnform.az bildirir ki, bu barədə APA forumun saytına istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, ölkə başçısı “Strateji perspektivlər: Avrasiya” panelindəki müzakirələrdə çıxış edəcək.

Müzakirələrin yanvarın 23-ü yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 20:00) keçirməsi nəzərdə tutulur.

Qeyd edək ki, Davos forumu yanvarın 23-26-da keçiriləcək.

İnform.az

Baxış sayı: 45