Baş xəbər, Dünya
18.01.2018 / 00:55

Telekanallara qadağa qoyuldu... Türkmənbaşı yeni Qanun imzaladı

Telekanallara  qadağa qoyuldu...Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammədov TV proqramları və filmlərdə seks, zorakılıq və pis vərdişlərin göstərilməsini qadağan edən qanun imzalayıb.

İnform.az bildirir ki, bu barədə Moderator.az “Ozodlik” radiosuna istinadən xəbər yayıb.
Rəsmi məlumata görə “ Televiziya və radio haqqında” Türkmənistanın qanununu Berdımuhammədov keçən həftənin sonunda imzalayıb.

Qanun həm də ölkənin “ müsbət obrazını” yaratmağı vacib hesab edir. Yeni qanunun 4-cü maddəsinin bəndlərinin birində, “ yetkinlik yaşına çatmayanların fiziki, əqli, əxlaqi inkişafına neqativ təsir göstərən, xüsusilə pornoqrafik, zorakı xarakterli və pis vərdişləri təbliğ edən kütləvi informasiyaların yaylmasından onları müdafiə etmək” göstərilir.

Eyni zamanda 44-cü maddədə göstərilir ki, bu cür materiallara qadağa milli maraqların müdafiəsi məqsədi ilə həyata keçirilir.

Türkmənistanda yerli KİV-in bütün növləri, xüsusilə televiziya dövlətin mülkiyəti və sərt nəzarəti altındadır. Hətta kabel televiziyalarının kanalları ciddi senzura nəzarəti altındadır və kinofilmlərin istənilən səhnələrini senzuraçılar yaramaz hesab edirlərsə, kəsirlər. Dövlət senzurasından yan keçən yeganə sputnik televiziyaları idi ki, o da türkmənistanlılar üçün əlçatmazdır. Hakimiyyət çoxdan bütün ölkəboyu çanaq antennalar ilə mübarizə aparır və “Ozatlık” radiosunun müxbirləri deyir ki, bu gün, yalnız hələ türkmən senzurasının əli çatmadığı ucqar kəndlərdə nadir hallarda çanaq antennalara rast gəlmək olar.

Yeri gəlmişkən, yeni qanun kabel və sputnik televiziyalarına da müəyyənlik gətirib.
Bundan başqa, qanunda aydın şəkildə göstərilir ki, “zərərli vərdişlər” deyəndə nə nəzərdə tutulur və onu kim müəyyən edəcək. Televiziya haqqında qanun eyni zamanda Türkmənistanın müsbət imicini və nüfuzunu artırmaq üçün tele-radio proqramlar yaradılmasını vacib sayır.

İnform.az

Baxış sayı: 794