Gündəm, Sosial
17.01.2018 / 20:00

FHN: "İtkin düşmüş alpinistlərin axtarışları bu gün davam edib"

FHN: "İtkin düşmüş alpinistlərin axtarışları bu gün davam edib"Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları bu gün davam edib.

İnform.az Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, axtarış işləri FHN-nin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır.

Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılmış, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib.

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparılır.

İnform.az

Baxış sayı: 155