Siyasət
21.07.2015 / 12:24

Azərbaycan-Xorvatiya əməkdaşlığı genişlənir

Azərbaycan-Xorvatiya əməkdaşlığı genişlənir

Azərbaycan-Xorvatiya dostluq münasibətlərinin inkişafı çərçivəsində 2014-cü ildə Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb, bu ölkənin ədliyyə naziri ölkəmizə səfər edib.

Qarşılıqlı fəaliyyətin davamı olaraq Memorandumun implementasiyası çərçivəsində Xorvatiyanın ədliyyə naziri Orsat Milyeniç dövlətlərimizin ədliyyə və məhkəmə orqanları arasında əlaqələrinin dərinləşdirilməsində maraqlı olduğunu bildirərək respublikamızın ədliyyə nazirini ölkəsinə səfərə dəvət edib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən İnform.az-a bildiriblər ki, bununla əlaqədar Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti bu günlərdə Xorvatiyada rəsmi səfərdə olub.

Səfər çərçivəsində ədliyyə nazirlərinin görüşündə ölkələrimiz arasında hüquqi əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğu vurğulanıb. Söhbət zamanı Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı ədliyyə və məhkəmə islahatları barədə məlumat verilib.

Baxış sayı: 332