Sağlamlıq
17.01.2018 / 17:06

Barmaqlarınızda bu dəyişiklik varsa... Təcili həkimə müraciət edin

Barmaqlarınızda bu dəyişiklik varsa...Dırnaqların qalınlaşması, yumru və qabarıq olması tibdə çox təhlükəli simptom sayılır.

Buna həmçinin "Hippokrat barmaqları" sindromu deyilir.

Əvvəl barmaqlarda olan dəyişikliklər gözə çarpmır, lakin vaxt keçdikcə barmaqlar baraban çubuqlarına, dırnaqlar isə saat şüşəsinə oxşamağa başlayır. Bu dəyişiklik həm əl, həm də ayaq barmaqlarında meydana çıxa bilər.

Hippokrat barmaqları sindromu bu kimi xəstəliklərin simptomu ola bilər:

- nəfəsalma sistemi xəstəlikləri (fibroz, ağciyər xərçəngi)

- ürək xəstəlikləri (endokardit, ürək qüsurları)


- qaraciyər xəstəlikləri (xüsusilə qaraciyər sirrozu)

- Kron xəstəliyi

- tolsiki zob,

- mukovissidoz və s.

Bu səbəbdən bu simptomu özündə və yaxınlarda gördükdə, dərhal həkimə müraciət edin.

saglamolun.az

Baxış sayı: 81