İdman
17.01.2018 / 16:15

Qiqqz haqqında Atasının maraqlı etirafı

Qiqqz haqqında Atasının maraqlı etirafıUels yığmasının yeni baş məşqçisi Rayan Qiqqzin atası Denni Uilson oğlu haqda şok açıqlamalar verib.

İnform.az“Qafqazinfo”-ya istinadən bildirir ki, ata oğlunun milli komandanın baş məşqçi postuna layiq olmadğını deyib.

Uilson Qiqqzin adını heç zaman çəkmək istəmədiyini də bildirib: “Onun adını belə çəkmək istəmirəm. Çünki o, kiçik qardaşını qorumağa borclu idi. Amma kürəyinə bıçaq vurdu. Üzr istəmədi. Ailəmizdən heç kim onu görmək istəmir.

Hər kəs düşünür ki, onun uğurlarına görə mən dünyanın ən xoşbəxt atasıyam. Lakin onu görəndə televizoru belə söndürürəm. Hamımız belə edirik. Rayanın işi Uels millisində işləmək deyil, çünki o, iyrəncdir. Yığmanın məşqçisi hər kəsə nümunə olmalıdır. Rayan isə ləyaqətsiz adamdır”.

İnform.az

Baxış sayı: 53