Dünya
17.01.2018 / 15:38

Kiyevdə orta məktəblər müvəqqəti bağlanır - KİYEVDƏ

Kiyevdə orta məktəblər müvəqqəti bağlanır -Ukraynanın paytaxtı Kiyevdə orta məktəblərin epidemioloji vəziyyətlə bağlı karantinə bağlanması ilə bağlı petisiyaya 10 min nəfərdən çox insan qoşulub.

İnform.az AZƏRTAC-a istinadən bildirir ki, Kiyev şəhər Administrasiyası mətbuat xidmətinin məlumatına görə, petisiyaya 10 min 737 nəfər imza atıb. Epidemioloji vəziyyətlə bağlı orta məktəblərin müvəqqəti bağlanması üçün 10 min səs kifayət edir.

Artıq Kiyev şəhər Administrasiyasının rəhbəri Vitali Kliçkonun administrasiyanın müvafiq komissiyasına petisiyanın nəticələrinə uyğun qərar çıxarılması barədə tapşırıq verdiyi bildirilir.

Qeyd edək ki, Ukrayna paytaxtında son iki həftədə qızılca və qripə yoluxan məktəblilərin sayı artmaqdadır. Kiyev şəhər Administrasiyası epidemiya ilə əlaqədar olaraq kütləvi tədbirlərin keçirilməsinin bir ay müddətinə məhdudlaşdırılmasına dair qərar çıxarıb.

İnform.az

Baxış sayı: 142