İdman
17.01.2018 / 11:15

Azərbaycanla Ermənistan eyni qrupda

Azərbaycanla Ermənistan eyni qrupdaBasketbol üzrə gənclər arasında Avropa çempionatının püşkü atılıb.

Qol.az-ın Beynəlxalq Basketbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, Almaniyanın Frayzinq şəhərində keçirilən mərasimdə Azərbaycanın kişilərdən ibarət U-16, U-18 və U-20 yığmalarının da rəqibləri müəyyənləşib.

C divizionunda yer alan U-16 millisi Avstriya, Ermənistan, San Marino, Albaniya və Moldova ilə birgə A qrupuna düşüb. Bu qrupun oyunları 3 - 11 iyulda San Marinonun Serravalle şəhərində keçiriləcək.

B divizonunda qərarlaşan U-18 yığması B qrupunda Belçika, Macarıstan, Gürcüstan, Estoniya və Avstriya ilə birgə 27 iyul - 5 avqustda Makedoniyanın paytaxtı Skopyedə mübarizə aparacaq.

20 yaşadək basketbolçulardan ibarət yığmamız da B divizionunda mübarizə aparacaq. Tahir Baxşiyevin rəhbərlik etdiyi komanda iyulun 13-22-də Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq yarışın A qrupunda oynayacaq. Basketbolçularımız Latviya, Belçika və Makedoniya ilə üz-üzə gələcəklər.

İnform.az

Baxış sayı: 67