İqtisadiyyat
17.01.2018 / 12:05

Naxçıvan Dövlət Gömrük Komitəsi büdcənin proqnoz tapşırığına 101% əməl edib

Naxçıvan Dövlət Gömrük Komitəsi büdcənin proqnoz tapşırığına 101% əməl edibNaxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində (DGK) büdcənin formalaşdırılması istiqamətində 2017-ci il üçün müəyyən olunmuş 7 mln. 500 min manatlıq proqnoz tapşırığa 101,07% əməl edib.

İnform.az “APA-Economics”-ə istinadən bildirir ki, Naxçıvan DGK sədri gömrük orqanları tərəfindən hesabat dövrü ərzində büdcəyə köçürülmüş vergi və rüsumlar Naxçıvanın büdcə gəlirlərinin 8,37%-ni təşkil ediyini qeyd edib.

Muxtar respublikanın dünya iqtisadiyyatına inteqrasiyasının mühüm göstəricisi olan xarici ticarət dövriyyəsinin vəziyyətini təhlil edən komitə sədri xarici ticarət əlaqələrinin genişləndiyini, ixrac potensialının gücləndiyini önə çəkib. Qeyd olunub ki, hesabat dövründə 63 ölkə ilə ticarət əməliyyatları aparılıb, ixracın həcmi 1% artıb. 2017-ci ildə gömrük orqanları tərəfindən qaçaqmalçılığa qarşı mübarizə istiqamətində də səylər artırılıb, əməliyyat-axtarış fəaliyyəti genişləndirilib.

Hüquqpozma hallarının qarşısının alınması istiqamətində il ərzində aşkarlanmış dörd cinayət faktının üçü narkotik qaçaqmalçılığı ilə bağlı olub. Şahtaxtı gömrük sərhəd-buraxılış məntəqəsində X-Ray tipli rentgen nəzarət qurğusunun təsvirləri əsasında muxtar respublikadan tranzit hərəkət edən Türkiyəyə məxsus nəqliyyatda külli miqdarda narkotik vasitə – heroin qaçaqmalçılığı faktının aşkarlanması Naxçıvan gömrüyünün bu sahədə ən böyük nailiyyəti olub.

Diqqətə çatdırılıb ki, ötən il gömrük orqanları tərəfindən psixotrop tərkibli dərmanların dövriyyəsinə tam nəzarət olunması üçün xüsusi proqram təminatı hazırlanıb. Muxtar respublika ərazisinə gətirilməsinə dair müvafiq icazə sənədi olmadığından vətəndaşlardan 76 min həbdən çox müxtəlif adda dərman vasitələri saxlanılıb ki, onların da 50 mindən çoxu psixotrop tərkibli olub. İl ərzində gömrük qaydalarının pozulmasına görə inzibati qaydada 778 icraat aparılıb və 50 502 manat cərimə ödənişi təmin olunub.

İnform.az

Baxış sayı: 70