Dünya
17.01.2018 / 10:30

Türkiyəli deputatın 20 Yanvar faciəsi ilə bağlı çıxış olacaq - TBMM-də

Türkiyəli deputatın 20 Yanvar faciəsi ilə bağlı çıxış olacaq -Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) 20 Yanvar faciəsi ilə əlaqədar gündəmdən kənar çıxış edəcək.

İnform.az bildirir ki,bu barədə N.Ünüvar Trend-ə açıqlamasında bildirib.

Millət vəkili bildirib ki, 20 Yanvar faciəsi əsla unudulmayacaq və faciənin qurbanları daim xatırlanacaq.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

İnform.az

Baxış sayı: 177