İdman
16.01.2018 / 18:05

Ronaldo özünə yeni klub tapsın – Peresdən tələb

Ronaldo özünə yeni klub tapsın – Peresdən tələbKriştianu Ronaldo "Real"dan ayrıla bilər.

Qol.az-ın "Diario Record"a istinadən yaydığı məlumata görə, klubun prezidenti Florentino Peres futbolçunun meneceri Jorje Mendeşlə əlaqə saxlayaraq, ondan portuqaliyalı ulduza yeni komanda tapmasını tələb edib.

Peresin Ronaldonun transferi üçün nə qədər pul istədiyi bilinmir. Amma "Real"la müqavilədə Ronaldonun təzminat qiymətinin 1 milyard avro olduğu qeyd edilib. Amma hansısa klubun madridlilərə bu qədər pul ödəyəcəyi real görünmür.

Qeyd edək ki, klub prezidentinin Ronaldonu Neymarın transferi üçün PSJ-yə təklif edəcəyi ilə bağlı xəbərlər də dolaşır.

İnform.az

Baxış sayı: 187