Hüquq
16.01.2018 / 17:00

Qeyri-qanuni dini təbliğat aparan 142 nəfər inzibati məsuliyyətə cəlb olunub

Qeyri-qanuni dini təbliğat aparan 142 nəfər inzibati məsuliyyətə cəlb olunubPaytaxtın Nizami, Yasamal, Qaradağ, respublikanın Gəncə, Şirvan, Quba, Xaçmaz, Tərtər şəhər və rayonlarında keçirilən belə tədbirlər zamanı dini təyinatlı ədəbiyyat və digər dini məzmunlu məmulatları müvafiq icra hakimiyyəti orqanının razılığı (lisenziya) olmadan satdıqlarına görə 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

İnform.az trend-ə istinadən bildirir ki, həmin şəxslərdən 4248 ədəd dini təyinatlı ədəbiyyat, 34 ədəd CD və DVD disk aşkar edilərək götürülmüşdür. Onlara tətbiq olunan cərimələrin məbləği 22.000 manat təşkil edib.Ümumilikdə 2017-ci il ərzində “Dini etiqad azadlığı haqqında” qanunun tələblərini pozaraq qeyri-qanuni təbliğat apardıqlarına görə 142 nəfər inzibati məsuliyyətə cəlb olunub. Həmin şəxslərdən 5185 ədəd dini ədəbiyyat, 145 ədəd CD və DVD audio-video kaset, 356 broşura, jurnal, buklet və 188 ədəd digər dini əşyalar aşkar edilərək götürülüb. Fiziki və hüquqi şəxslərə tətbiq edilən cərimələrin məbləği 86.000 manat təşkil edib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

İnform.az

Baxış sayı: 59