Hərbi
16.01.2018 / 14:58

Milli qəhrəmanlara həsr edilmiş sənədli filmlər nümayiş olunub

Milli qəhrəmanlara həsr edilmiş sənədli filmlər nümayiş olunubXalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar yanvarın 16-da Binəqədi Mərkəzi Mədəniyyət Evində Milli qəhrəmanlarımız Oqtay Güləliyevə və Pəhləvan Fərzəliyevə həsr edilmiş “Laçın qartalı” və “Şərəfli ömrün manifesti” adlı sənədli filmlər nümayiş olunub.

İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, ekran əsərləri Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsi və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə təqdim edilib.

Əvvəlcə dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Binəqədi Mərkəzi Mədəniyyət Evinin direktoru Şahin Həsənov çıxış edərək 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, igid oğullarımızın respublikamızın ərazi bütövlüyü uğrunda fədakar mübarizəsindən danışıb.

Sonda filmlərin ssenari müəllifi və rejissoru İltifat Hacıxanoğlu gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından ekran əsərlərinin əhəmiyyətindən danışıb.

İnform.az

Baxış sayı: 136