Baş xəbər, Dünya, Siyasət
16.01.2018 / 14:05

Ərdoğan NATO-nu ciddi tənqid etdi

Ərdoğan NATO-nu ciddi tənqid etdi“Ey, NATO siz müttəfiqlərinizdən birinin sərhədinə təcavüz edənlərə qarşı mübarizə aparmağa borclusunuz”.

İnform.az "Report"-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi siyasi təşkilatın parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

Dövlət başçısı NATO-nu ciddi tənqid edib: “NATO-ya bir iradım var. Müttəfiqlərinizdən birinin sərhədinə istənilən şəkildə təcavüz edilməsinə qarşı çıxmaq sizin borcunuzdur. İndiyədək bu istiqamətdə addım atdınızmı? Bunu onlara demişik. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bu məsələni NATO-da müzakirə edəcək. Ötən il İraqda oynanılan oyunu pozduq. Suriyada oynan oyunun ürəyinə xəncər sapladıq. Qısa zaman ərzində Afrin və Münbiçdən başlayaraq, Suriyadakı terror yuvaların bir-bir yox edəcəyik”.

İnform.az

Baxış sayı: 138