Dünya, Siyasət
16.01.2018 / 13:52

Monteneqrolu nazir Azərbaycan modelindən istifadə edəcəyik

Monteneqrolu nazir Azərbaycan modelindən istifadə edəcəyikDövlət xidmətlərinin çatdırılması sahəsində biz Azərbaycan modelindən istifadə edəcəyik.

İnform.az trend-ə istinadən xəbər verir ki, bunu Monteneqronun Dövlət İdarəçiliyi naziri xanım Suzana Pribiloviç CdM informasiya portalına verdiyi müsahibəsində deyib.

Nazir müsahibəsində qeyd edib ki, nazirlik elektron hökumət portalının təkmilləşməsi istiqamətində fəaliyyətini davam etdirəcək, eləcə də Monteneqroda ən yaxşı dünya təcrübələrinə uyğun olan vahid məkan prinsipinin tətbiq olunması bu fəaliyyətə daxildir.

S.Pribiloviç “ASAN xidmət” təcrübəsinə də toxunub: “Mən şadam ki, dövlət xidmətlərinin çatdırılması sahəsində biz Azərbaycan modelindən istifadə edəcəyik. Orada olarkən BMT tərəfindən tanınan və mükafata layiq görülmüş model ilə şəxsən tanış olmaq şansım da oldu. Bu sistemin xususiyyəti vətəndaşın hər şeydən üstün olduğunu vurğulamasıdır ki, bu da bizim nail olmaq istədiyimiz bir məqamdır”.

Qeyd edək ki, 4-5 iyul 2017-ci il tarixində Monteneqronun Dövlət İdarəçiliyi naziri S.Pribiloviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Səfərin əsas məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübə kimi “ASAN xidmət” modelinin Monteneqroda tətbiq edilməsi imkanları, qarşılıqlı əməkdaşlığın müzakirə edilməsi olub. Səfər çərçivəsində S.Pribiloviçin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzləri, Səyyar ASAN xidmətin fəaliyyəti ilə yaxından tanış olub.

4 dekabr 2017-ci il tarixində isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Monteneqronun Dövlət İdarəçiliyi Nazirliyi arasında Monteneqroda dövlət xidmətlərinin göstərilməsi sahəsinin təkmilləşdirilməsi məqsədini daşıyan Anlaşma Memorandumu imzalanıb.

İnform.az

Baxış sayı: 206