Maqazin
16.01.2018 / 12:56

Nura Suri ATV-nin “qara siyahı”sından çıxarıldı

Nura Suri ATV-nin “qara siyahı”sından çıxarıldı
Müğənni Nura Suri ATV-nin “qara siyahı”sından çıxarılıb.

İnform.az axşam.az-ın məlumatına istinadən bildirir ki, o, bu gün aparıcılığını Yusif Ağayevin etdiyi “10-dan sonra” verilişinin qonağı olub.

Bir neçə müddətdir ATV-yə getməyən Nuranın qadağası Vüqar Qaradağlının kanalın rəhbəri olduğu dövrdə yaranmışdı.

Belə ki, Nura Suri mətbuata verdiyi açıqlamada “qara siyahı”ya düşməyinin səbəbi kimi, rəhbərliyin və ATV-nin eks vitse-prezidenti Rauf Dadaşovun tədbirlərində pulsuz çıxış etməməsini göstərib.

İnform.az

Baxış sayı: 53