Dünya
16.01.2018 / 11:57

Madaqaskarda qasırğa ölümlərə səbəb oldu

Madaqaskarda qasırğa  ölümlərə səbəb olduMadaqaskarda "Ava" qasırğası 51 nəfərin ölümünə səbəb olub.

İnform.az-ın Qərbinfo.az-a istinadən verdiyi xəbərə görə, təbii fəlakət zamanı 22 nəfər itkin düşüb.

Təbii fəlakət təxminən 160 min insana zərər vurub, 54 min nəfər təxliyə edilib.

”Ava” tropik qasırğası Madaqaskar üzərindən yanvarın 8-də keçib. Küləyin surəti bəzi ərazilərdə saatda 140-190 km təşkil edib.

İnform.az

Baxış sayı: 56