Sosial
16.01.2018 / 11:18

Bakı-Sofiya aviareysinin açılışı olub

Bakı-Sofiya aviareysinin açılışı olubYanvarın 16-da Bakıdan Sofiyaya ilk birbaşa aviareys açılıb.

İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, ilk birbaşa aviareysin açılışında Azərbaycanın Baş naziri Artur Rasi-zadə və ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstanın Baş naziri Boyko Borisov iştirak ediblər.

Bakı və Sofiya arasında birbaşa aviareysin açılması barədə razılaşma Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev arasında danışıqlar çərçivəsində əldə olunub.

Bolqarıstanın paytaxtı Sofiya Azərbaycanın ilk loukosteri "Buta Airways"in birbaşa uçuşlar yerinə yetirəcəyi Avropa İttifaqında ilk şəhər olub. Uçuşlar həftədə bir dəfə çərşənbə axşamları həyata keçiriləcək.

Bakı-Sofiya aviareysinin açılışı olub


İnform.az

Baxış sayı: 152