Dünya
16.01.2018 / 11:03

"Kommunizm xristianlığa bənzəyirdi"- Putin

"Kommunizm xristianlığa bənzəyirdi"-Kommunizm xristianlığa bənzəyirdi.

İnform.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Leninin nəşinin basdırılması ilə bağlı mübahisələrə toxunan dövlət başçısı qeyd edib: "Bəlkə bir çoxlarının xoşuna gəlməyəcək, amma deyəcəyəm. Ateizm dövründə rahiblər yox edildi, kilsələr dağıdıldı. Amma eyni zamanda yeni bir din yaradıldı. Kommunizm idealogiyası əslində xristianlığa bənzəyir. Azadlıq, qardaşlıq, bərabərlik və ədalətli sistem - bütün bunlar və digərləri "İncil"də var. Yəni kommunizm qurucuları yeni bir şey icad etmədilər, müqəddəs kitabdan bəhrələndilər".

V.Putin Leninin mavzoleyini xristianlıqdakı müqəddəslərlə müqayisə edib: "Leninin nəşini mavzoleyə qoydular. Bunun xristianlar üçün nur mənbəyi olan müqəddəslərdən fərqi nədir?"

İnform.az

Baxış sayı: 48