İdman
16.01.2018 / 10:35

Azərbaycan gimnastının yeni uguru

Azərbaycan gimnastının yeni uguruNorveçin paytaxtı Osloda bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.

İnform.az "Report"-a istinadən bildirir ki, yarışda Azərbaycanı gənc və böyüklərdən ibarət gimnastlar təmsil ediblər.

Gənclərdən Dərya Farşbafşəhriyari ən yaxşı nəticəsini lent ilə göstərərək, 4-cü yerdə qərarlaşıb. Komanda yoldaşı Yelizaveta Luzan isə gürzlərlə çıxışına görə 5-ci olub.

Turnirdə yeganə medalı böyüklər arasında çıxış edən Dərya Sorokina əldə edib. O, halqa ilə final çıxışında yalnız sloveniya və Ukrayna təmsilçilərindən geri qalaraq bürünc medala layiq görülüb.

İnform.az

Baxış sayı: 42