Dünya
16.01.2018 / 10:20

CHP hakimiyyəti Suriyada hərbi əməliyyatlardan imtina etməyə çağırıb

CHP hakimiyyəti Suriyada hərbi əməliyyatlardan imtina etməyə çağırıbTürkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) ölkə hakimiyyətini Suriyanın Afrin şəhərində gözlənilən hərbi əməliyyatlardan imtina etməyə çağırıb.

İnform.az trend-ə istinadən bildirir ki, müxalifət bu çağırışı "Afrində PYD ("Demokratik ittifaq") və YPG (PKK-nın Suriya qanadı) terror təşkilatlarına qarşı hərbi əməliyyatlar Türkiyə daxilində vəziyyəti gərginləşdirə bilər"fikri ilə izah edir. Belə ki, bu, PKK terrorçularının fəallaşmasına gətirib çıxara bilər.

Bununla belə, CHP ABŞ-ın PYD və YPG-yə münasibətdə mövqeyini kəskin pisləyib.

İnform.az

Baxış sayı: 37