Dünya
15.01.2018 / 15:18

ABŞ odla oynayır - Türkiyədən növbəti sərt açıqlama

ABŞ odla oynayır -ABŞ-ın İŞİD terror qruplaşması ilə mübarizə bəhanəsilə PKK-nın Suriya qanadı YPG-yə bu günə qədər verdiyi dəstək və bundan sonra atacağını elan etdiyi addımlar nə dostluğa, nə müttəfiqliyə, nə tərəfdaşlığa, nə də strateji əməkdaşlığa sığır.

İnform.az axar.az-a istinadən bildirir ki, bu sözləri Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.

“ABŞ-ın İŞİD-lə mübarizə üçün Türkiyə əvəzinə PKK-nın Suriya qanadı PYD-YPG ilə əməkdaşlığı, onlara minlərlə TIR silah dəstəyi və indi də bu terror təşkilatlarına “Suriya sərhəd təhlükəsizlik qüvvələri” adı altında don geyindirərək, terror ordusu qurması odla oynamaqdır”, - Bozdağ bildirib.

Qeyd edək ki, ABŞ Türkiyə sərhədinə YPG terrorçularından ibarət 30 minlik ordu yerləşdirəcəyini açıqlayıb. Rəsmi Ankara türk ordusunun ölkənin təhlükəsizliyini təmin etmək üçün lazımı addımları atmağa davam edəcəyini bildirib.

İnform.az

Baxış sayı: 69