Baş xəbər, Maqazin
15.01.2018 / 14:04

"Qorxmayın, istəsəniz də, istəməsəniz də..." - Xanım İsmayılqızı niyə gileyləndi?

"Qorxmayın, istəsəniz də, istəməsəniz də..." -"Uğurlu mahnılarımın adını çəkmək qorxusu da varmış, bunu bir daha gördüm.."

İnform.az xəbər verir ki, bunu poeziyamızın səbrli, həssas, səmimi, öz körək misraları ilə ürəkləri oxşayan şairəsi Xanım İsmayılqızı özünün facebook səhifəsində gileylənərək yazaraq, İlhamə xanımın öz yaradıcılığında onun əsərlərinə dəfələrlə müraciət etdiyini vurğulayıb:

"Dünən axşam Mədəniyyət kanalında İlhamə Quliyevaya həsr olunmuş verilişin təkrarına baxdım. İlhamə xanımın ruhu şad olsun, xatırlanacaq, yeri həmişə görünəcək və heç vaxt unudulmayacaq.

Amma, verilişdə mənə toxunan və məni incidən an da oldu - İlhamə xanımla bir silsilə uğurlu mahnım olmasına rəğmən - həm Faiq Sücəddinov, həm Mübariz Tağıyev, həm İlhamə xanımın yaradıcılığını guya təhlil edən adını bilmədiyim o xanım, həm də verilişin aparıcısı Rəşad İlyasov - guya "Unut məni", "Ağla", "Görək sonra nə olur", "Bağışla", "Mən səni görməyəndə", "Sən nə biləsən mənim nə çəkdiyimi" və s. və i. kimi İlhamə xanımın yaradıcılığında xüsusi yeri olan mahnılarımdan xəbərsiz kimi davrandılar. Bu mənə çox toxundu.

Xanım İsmayılqızı - yəni mən və İlhamə xanım yaradıcılığımızda bir mərhələ yaşadıq. Bunu İlhamə xanım özü də sağlığında dönə-dönə qeyd edirdi. Bir də ki, görünən yola nə bələdçi....

Elə təkcə sözü və musiqisi mənə aid olan "Unut məni" mahnısı 2000-ci ildən bu günə qədər sevilən və dəyərləndirilən mahnılardandı. Bu mahnılar sevənlərin yaddaşlarında var, sizlər xatırlasanız da, xatırlamasanız da, əzizlərim...

İlhamə xanımın ruhu da mənim kimi incidi yəqin ki... Veriliş hazırlayanda, yaradıcı heyətin hazırlanmağı da gərək... Uğurlu mahnılarımın adını çəkmək qorxusu da varmış, bunu bir daha gördüm... Qorxmayın, istəsəniz də, istəməsəniz də, ölsək də, qalsaq da, uğurlular öz uğurunu yaşayacaq, hər anlamda. Bunu yazdım ki, heç olmaya gələn verilişlərdə unudulmasın !!!"



İnform.az

Baxış sayı: 497