Baş xəbər, Şərhlər
15.01.2018 / 01:48

Doğum gününüz mübarək "KƏŞF OLUNMAMIŞ ADA"!

Doğum gününüz mübarəkSalam Şəddad müəllim!

Doğum gününüz mübarək. Bu təbrik məktubunu sizə Lənkərandan yazıram, doğma yurdunuzdan.

Haqqınızda yazmağı sizi tanıdığım gündən düşünürdüm. Bu tarix o qədər də uzun zamana söykənmir. Amma mən elə bilirəm ki, sizi bir ömürdü tanıyıram.

Yazacağım yazının üslubunu çox düşündüm. Çox çək-çevir etdim. Gördüm yox, sizin həyatınız, elmi-içtimai fəaliyyətinizlə bağlı çox yazılıb, çox deyilib.
Mən nə yazsam yenə hardasa deyilmiş sözləri təkrar etmiş olacağam. Mənsə onu istəmirəm.

Düzü mən şablon olan heç nəyi xoşlamıram.

Ona görə qərara gəldim ki, sizə doğum gününüzdə bir təbrik məktubu yazım. Bu məktubda isə sizin haqqınızda qəlbimdə olan sözlərimi sətirlərə töküm.
Mənim üçün Şəddad müəllim kimdir, o insanı necə tanıdım?

Maraqlı sualdı deyilmi, Şəddad müəllim?

Siz mənimçün kəşf olunmamış bir ada, bir xəzinəsiniz. Sizi tanıdığım gün sanki üzünü görmədiyim atam Xalidi tanıdım, onunla həmsöhbət oldum.

Sizin asta danışığınız, hər kəlimədən sonra sakitcə duruxmağınız mənim içimdə bir hayqırtıya çevrildi.

Haqqınızda yazılan məqalələri, xatirələri oxudum, dinlədim. Hər yazı, hər söhbət mənim üçün sizi tanımağıma vəsilə oldu.

Amma onu deyim ki, bütün bu deyilənlər Şəddad Cəfərov adlı xəzinəni tam olaraq təqdim etmir. Bayaq dediyim təkrar edirəm, siz kəşf olunmamış adasınız.
Əbu Turxanın gözəl bir kəlamı var:" Alimin tanınması üçün onun öz kəşfləri kifayət deyil, gərək onun özünü də kəşf edənlər olsun."

Daxılı gözəlliyi zəngin olan insan Uca Yaradanın sevdiyi insandır. Zənginliyi maddiyatda deyil, mənəviyyatda görən ağsaqqalım, sizin haqqınızda cild-cild əsər yazılsa yenə də azdır, inanın.
Ömür karvanı sakitcə gedir...Kimi bu karvanla maddiyyat yükünü, kimi də mənəviyyat xəzinəsini aparır.

Bu karvanın zəngin sarvanisiniz, bundan böyük xoşbəxtlik olarmı əziz insan?

Bu gün doğum gününüzdür, sizinlə bərabər sizi sevənlər üçün də əziz bir tarixdi 14 yanvar.

Sizi tanımaq, sizin ömür hekayənizlə tanış olmaq mənimçün çox maraqlı oldu.

78 illik ömür hekayənizin hər sətrində təmizlik, saflıq, zəhmət, səmimiyyət, hörmət gördüm.

Bu gözəlliklər hər kəsə nəsib olmur, hər kəs Yaradanın bu lütfünə layiq olmur.

Əziz Şəddad müəllim!


Mənə elə gəlir ki, həyat insani münasibətlərin yalansız, təmiz bağlarıyla daha gözəl olur. Siz də çevrənizdə olan insanlarla münasibəti bu bağlarla daha sıx bağlayırsınız. Sizin böyüklüyünüz baxın bundadı.

Kaş ki, sizə layiq olan bir əsər yaza biləm, kaş sizi-KƏŞF OLUNAMMIŞ ADA-nı kəşf edə bilən bir gücüm ola...

Siz oxunmamış kitabsınız, hansı ki, hər səhifəsində bir tarix yatır, bir insan ömrünü özündə yaşadan bir tarix.

Sizi "Paliqrafiya elminin ilk qaranquşu"adlandırırlar.

Siz bu sahənin elmi əsaslarını, çətinlikləriylə bərabər gözəlliyini də təqdim etmisiniz.

Azərbaycan paliqrafiya məktəbinin banisisiniz. Bütün ömrünüzü bu sahənin inkişafına həsr etmisiniz.

Bu barədə çox deyilib, çox yazılıb. Mən bu barədə yazmıram, mən sadəcə sizə məktub yazıram, sadəcə təbrik məktubumdur bu yazdıqlarım.

Doğum gününüz mübarək olsun, hər dəfə səsini eşitdiyimdə üzünü görmədiyim atam Xalidin səsini eşidirmiş kimi özümü hiss etdiyim əziz insan.

Qoy bu yaşınız sizə bundan sonra hər an, hər dəqiqə, hər saat sevinc bəxş etsin.

Qoy bu yaşınız sizi sağlam ömürlə ağuşuna alsın.

Deyəcəklərim, arzularım çoxdu, amma yazmaqla bitməz ki, Şəddad müəllim.

Kaş ki, ömür mənə vəfa qıla və günün birində "Kəşf olunmamış ada"haqqında samballı bir əsər yazmaq nəsibim ola...Kaş ki...

Yeni yaşınız mübarək, dəyərlimiz!

Bu fotolar və bu mahnı da mənim kiçik hədiyyəm olsun SİZƏ!

Doğum gününüz mübarək


Doğum gününüz mübarək





Dərin hörmətlərimlə, Xalidə Xalid
14.01.2018


Baxış sayı: 429