Dünya
13.01.2018 / 17:06

Hindistanda 40 şagirdi aparan qayıq çevrilib

Hindistanda 40 şagirdi aparan qayıq çevrilibHindistanın qərb sahilləri yaxınlığında şagirdləri daşıyan qayığın qəzaya uğraması nəticəsində azı 4 uşaq həlak olub.

İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, Hindistanın ANI agentliyinin yaydığı məlumata görə, insident yanvarın 13-də səhər saatlarında ölkənin qərbində yerləşən Maharaştra ştatının Dahanu şəhəri sahillərində qeydə alınıb. Qəza zamanı qayıqda 40 məktəbli olub. Onlardan 25-i xilas edilib.

Hazırda hadisənin baş verdiyi ərazidə axtariş-xilasetmə əməliyyatı aparılır.

İnform.az

Baxış sayı: 73