Maqazin
13.01.2018 / 14:54

"Sənin qeyrətini çəkən lazımdır..."- Xatirə İslam yazdı

"Sənin qeyrətini çəkən lazımdır..."-Müğənni Xatirə İslam sosial şəbəkə izləyicilərinə əsəbiləşib.

İnform.az axşam.az-ın məlumatına istinadən bildirir ki, müğənninin "Bizimləsən" verilişində qardaşı haqda dediyi "Əsgərliyi cəbhə bölgəsində çəkir. İcazə vermədi ki, zəng vurub tapşırım" sözləri müzakirələrə səbəb olub.

İnstaqram izləyiciləri onun bu sözlərini tənqid ediblər. Xatirənin eyni zamanda bir neçə gün əvvəl geyindiyi dekolteli libas da bəyənilməyib. İstifadəçilər onun açıq geyindiyini yazaraq, ələ salıblar.

İslam bir çox tənqidi şərhləri silsə də, özü onlara cavab verib. Müğənni izləyicilərindən birini işarələyərək "Ay üzdən iraq, sənin qeyrətini çəkən lazımdır. Ağıllı ol" sözlərini yazıb.

İnform.az

Baxış sayı: 770