İdman
13.01.2018 / 11:09

Qvardiola tarixə düşdü

Qvardiola tarixə düşdüİngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola Premyer Liqada dekabr ayının ən yaxşı məşqçisi seçilib.

İnform.az Dsport.az-a istinadən xəbər verir ki, geridə qalan ayda komandasını 7 oyuna çıxaran təcrübəli mütəxəssis bu oyunların 6-da qələbəyə sevinib. “Şəhərlilər” sadəcə, bir oyunda heç-heçəyə razılaşıblar. Bu isə Qvardiolanın ayın ən yaxşı məşqçisi seçilməsinə səbəb olub.

Xatırladaq ki, əvvəlki üç ayda da ən yaxşı məhz Pep olmuşdu. Ardıcıl dördüncü dəfə eyni uğura imza atan 46 yaşlı bununla İngiltərə Premyer Liqasının tarixinə düşüb. Ona qədər heç bir mütəxəssis ardıcıl 4 dəfə ayın ən yaxşı məşqçisi seçilməmişdi.

Premyer Liqada dekabr ayın ən yaxşısı futbolçusu isə “Tottenhem”in hücumçusu Harri Keyn seçilib. “Bornmut”un formasını geyinən Jermeyn Defonun “Kristal Pelas”ın qapısından keçirdiyi top isə öyən ayın ən yaxşı qolu olub.

İnform.az

Baxış sayı: 75