Baş xəbər, Dünya
13.01.2018 / 10:18

ABŞ ETİRAF ETDİ

ABŞ Rusiya nüvə silahlarının istehsalı baxımından ABŞ və müttəfiqləri qarşısında əhəmiyyətli üstünlüyə malikdir.

İnform.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Haffinqton Post” qəzeti ABŞ-ın yeni nüvə doktrinasına istinadən yayıb. Qəzetin yaydığı sənəddə həmçinin Moskvanın böyük qeyri-strateji sistemlər dəsti yaratdığı bildirilib:
“Bu sistemlər nüvə və adi silahlar kimi istifadə oluna bilər. Rusiya ABŞ-ın hava hücumundan müdafiə sistemlərini tənqid etməsinə baxmayaraq, özü nüvə başlığı daşıyan ballistik raketlərin modernizasiyası üzərində işləyir”.
Pentaqon isə qəzetin yaydığı materialı təkzib edib. Müdafiə Nazirliyi bu sənədin bir neçə variantda hazırlandığını və onun yekun versiyasının ABŞ Prezidenti Donald Tramp və Müdafiə naziri Ceyms Mettis tərəfindən təsdiqlənəcəyini bildirib.

İnform.az

Baxış sayı: 90