Baş xəbər, Hüquq
12.01.2018 / 15:00

Vəkilliyə namizədlərlə yazılı test imtahanının yanvarın 28-də keçirilməsi nəzərdə tutulur

Vəkilliyə namizədlərlə yazılı test imtahanının yanvarın 28-də keçirilməsi nəzərdə tutulurMülki Prosessual Məcəlləyə dəyişikliklər edilməsi haqqında qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 noyabr tarixli Sərəncamına əsasən, Vəkillər Kollegiyasına vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmin edilməsi məqsədilə vəkillərin sayının artırılması tövsiyə olunub.

İnform.az-ın xəbərinə görə Vəkillərin İxtisas Komissiyasından AZƏRTAC-a bildirilib ki, həmin tövsiyə ilə bağlı 2017-ci il dekabrın 9-da Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə sənəd qəbulu prosesi bərpa olunub. Vəkillər Kollegiyasının tarixində ilk dəfə olaraq imtahana hazırlıq proqramı namizədlərin istifadəsinə təqdim edilib. Bu il yanvarın 11-də yekunlaşan sənəd qəbulu nəticəsində qəbul üçün sənəd verən namizədlərin sayı 2 minə yaxın olub.

Vəkilliyə namizədlərlə yazılı test imtahanının Dövlət İmtahan Mərkəzi ilə birgə cari il yanvarın 28-də keçirilməsi nəzərdə tutulur. İmtahanın yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması və s. məsələlərə dair məlumatlar yaxın günlərdə mətbuatda elan ediləcək.

İnform.az

Baxış sayı: 48