İdman
12.01.2018 / 14:12

Messi Ardaya salam vermir- Niyə?

Messi Ardaya salam vermir-"Buna səbəb Arda Turanın lazımi qədər öz üzərində çalışmaması, komandanın uğuruna fayda verməməsidir..."

İnform.az sputnik.az-a istinadən bildirir ki, İspaniyanın məşhur "Don Balon" qəzeti "Barselona" klubunun futbolçuları Lionel Messi və Arda Turan barəsində maraqlı iddia ortaya atıb.
Belə ki, vaxtilə yaxın dostluq edən Messi ilə Ardanın münasibətləri korlanıb.

"Messi Ardaya heç salam da vermir. Onlar hətta soyunub-geyinmə otağında da salamlaşmırlar" — qəzet yazıb.

İddiaya görə, Messinin bu cür davranmasına səbəb Arda Turanın lazımi qədər öz üzərində çalışmaması, komandanın uğuruna fayda verməməsidir: "Messi Ardanın bacarıqlı futbolçu olduğunu danmır. Problem türk oyunçunun bu potensialını ortaya qoymamasıdır. Komandanın müvəffəqiyyəti üçün çalışmamasıdır. Argentinalı oyunçunun məhz buna görə Arda ilə münasibətləri soyuyub".

Qeyd edək ki, Arda Turanın yanvar ayında "Barselona"dan ayrılacağı gözlənilir. Türk futbolçunun "Medikal Başakşəhər" klubuna keçidi gözlənilir.

İnform.az

Baxış sayı: 34