Elm-təhsil
12.01.2018 / 12:40

ADAU-nun növbəti qonaqları

ADAU-nun növbəti qonaqlarıGəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin şagirdləri ADAU-da olublar.

İnform.az-ın xəbərinə görə “ADAU-nu tanıyaq” layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) növbəti qonaqları Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin şagirdləri olublar.

Şagirdlər universitetin tələbə evləri, anatomiya və pataloji anatomiya muzeyləri, yardımçı təsərrüfatları, tədqiqat mərkəzləri və laboratoriyaları, auditoriyaları, idman zalları, kitabxanaları və digər infrastrukturları ilə yaxından tanış olublar. Şagirdlərlə söhət aparan universitet müəllimləri aqrar sahənin və aqrar təhsilin əhəmiyyəti, bu sahələrə dövlət dəstəyi barədə danışıb, sualları cavablandırıblar.

Qeyd edək ki, Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəblə ADAU arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələrin bariz nümunəsi kimi 15 dekabr 2017-ci il universitetin Aqronomluq fakültəsində keçirilmiş Gəncə şəhərinin orta məktəb şagirdləri arasında "Akademik Həsən Əliyevi tanıyaq" mövzusunda təqdimat müsabiqəsində adıçəkilən məktəbin şagirdi Fəridə Qurbanovanın 1-ci yerə layiq görülməsini göstərmək olar.



ADAU-nun növbəti qonaqları


ADAU-nun növbəti qonaqları


ADAU-nun növbəti qonaqları


İnform.az

Baxış sayı: 45