Hadisə
12.01.2018 / 10:53

Qısqandı... Qatil oldu

Qısqandı... Qatil olduBeyləqan rayonunda qətl törədilib.

inform.az bildirir ki, Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Dünyamalılar kəndində 1980-ci il təvəllüdlü Mustafayev Muxtar Yaqub oğlu həmyerlisi, 1991-ci il təvəllüdlü Bayramov Əli Əlovsət oğlunu güllələyərək öldürüb.
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində törədilib. Qətlin konkret səbəbi, hansı şəraitdə törədilməsi hələlik məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

İnform.az

Baxış sayı: 130