Gündəm, Şərhlər
21.07.2015 / 10:24

Balaca akvarium balığının hiyləsi

Balaca akvarium balığının hiyləsi

(Müdriklər və korifeylər silsiləsindən)


Əlisa NİCAT / İnform.az


Axırıncı zəng səsini eşidib tez ayağa duraraq dəftər - kitabı tələsik cibimə qoyub, tez özümü Nərminə çatdırmaq üçün çölə çıxdım. Mən Bakı Dövlət Universitetinin Fizika fakultəsinin 5-ci, o isə biologiya fakultəsinin 3-cü kursunda oxuyur.
Bir il idi ki, bu sarıbəniz qıza vurulub, dəli kimi olmuşdum. Di gəl ki, heç cür əl vermirdi. Amma nə birdəfəlik yox deyir, nə də hə deyirdi. Hər ayrılanda hirslənib daha ondan əl çəkəcəyimi qət etsəm də, evdə xüsusilə gecələr qətiyyətim yox olurdu, çünki həm gözəl idi, həm də ala gözləri dilindən fərqli olaraq mənə rəğbətlə baxırdı.
Həyətə düşüb gözləməyə başladım. Az sonra qızlarla bərabər gəlib çıxdı və məni görüb uzaqdan-uzağa gülümsədi.
Ürəyim yenə döyündü və mən bu məxluqa necə bağlı olduğumu hiss etdim.
Dəstə içində gəlib həyət tağının altından keçəndə ona çatıb - Nərmin, dayan gör nə deyirəm, - dedim.
O, şən-şən gülərək:
-Bilirəm də nə deyəcəksən, -dedi.
-Nə deyəcəyəm?
O yenə gülüb, nə desən də fərqi yoxdur, yox deyəcəyəm.
Mən də gülüb dedim. Onda deməli başqasını sevirsən?
O, fikirləşmədən yox, -dedi.
-Deməli, məni sevirsən.
-Harda?
-Özün demədin başqasını sevmirsən?
O üzümə baxaraq qəhqəhə çəkdi.
-Yaman kələkbazsan ha, -dedi və qaçıb qabaqda dayanmış avtobusa mindi.
Mən neyləyəcəyimi bilməyib pərt halda uzaqlaşan avtobusa baxa-baxa qaldım. Yenə nə hə, nə də yox.
Pərt halda evə gəldim. Keçib otağımda oturdum. Heç yeməyə həvəsim də yox idi. Neyləyəcəyimi də bilmirdim. Qeyri-ixtiyari stol üstündəki jurnalı götürüb vərəqlədim. Birdən gözüm balaca bir yazıya sataşdı. Yazını oxuyub xeyli güldüm və əhval-ruhiyyəm yaxşılaşdı. Orada balaca bir akvarium balığının kələyi barədə yazılmışdı.

Ardı var...

Baxış sayı: 393