İdman
12.01.2018 / 10:06

“Arsenal”ı “Valensiya”ya dəyişdi

“Arsenal”ı “Valensiya”ya dəyişdiİspaniyanın “Valensiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İnform.az dsport.az-a istinadən bildirir ki, La Liqa təmsilçisi fransalı futbolçu Fransis Kokleni heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu ilə müddəti 2022-ci ildə başa çatacaq müqavilə imzalanıb.

“Valensiya”nın bu keçidə görə Kokleni transfer etdiyi İngiltərənin “Arsenal” klubuna 12 milyon funt-sterlinq ödədiyi bildirilir.

Koklen “Arsenal”da 2008-ci ildən çıxış edirdi. O, London klubunun heyətində bu günə qədər 160 oyuna çıxıb. Yarımmüdafiəçi bu illərdə “Loryan”, “Frayburq”, “Çarlton Atletik” kimi klublarda da icarə əsasında oynayıb.

İnform.az

Baxış sayı: 35