Dünya
11.01.2018 / 19:00

"Bakı aeroportunun əməkdaşı bizə yaxınlaşdı, dedi ki..."- İda Mnatsakanyan

"Bakı aeroportunun əməkdaşı bizə yaxınlaşdı, dedi ki..."-Erməni qadının Bakı barədə dedikləri...
İçərisində 5 erməninin olduğu Çin təyyarəsi sərnişinlər istəmədiyi halda Bakıya eniş edib.

İnform.az
İstiPress-ə istinadən bildirir ki, bunu Ermənistanın «tert.am» portalına təyyarənin sərnişini İda Mnatsakanyan bildirib. 5 ermənidən biri 5 yaşlı uşaq imiş.

Onun sözlərinə görə, Çin Hava Yollarına məxsus, Pekin-Tiflis reysini həyata keçirən təyyarə yanvarın 8-də qatı duman səbəbindən Gürcüstan paytaxtına enə bilməyib. Buna görə də təyyarə Bakı aeroportuna enmək məcburiyyətində qalıb.

Erməni qadının dediyinə görə, təyyarə Bakı hava limanına çatanda ekipaj üzvləri onları məcburi təyyarədən çıxarıblar. Bu vaxt onlara Bakı hava limanının əməkdaşları yardım ediblər.

"Bakı aeroportunun əməkdaşı bizə yaxınlaşdı, dedi ki, o bizim erməni olduğumuzdan xəbərdardır. Öz pasportlarımızı təyyarədə qoymağı və neytral zonaya keçməyi təklif etdi. Biz elə də etdik. Uşağın və ərimin pasportlarını təyyarədə qoyduq, mən pasportumu, uşağım və özüm ABŞ vətəndaşı olduğumuz üçün, özümlə götürdüm. Ərim isə Ermənistan vətəndaşıdır. Biz 12 saat Bakı aeroportunda olduq. Bizə verdikləri yerdə yalnız biz-ermənilər idik", - deyə İda Mnatsakanyan bildirib.

Erməni qadın bildirib ki, Bakıda ona, ərinə və uşaqların xüsusi diqqət yetiriblər və neytral zonadan təyyarəyə qədər onları üç azərbaycanlı müşayiət edib.

Onlar Bakıdan Tiflisə məcburi enişdən 12 saat sonra çatıblar.

İnform.az

Baxış sayı: 182