Dünya
11.01.2018 / 23:40

Putin: "Kim Çen Inın 13 min km uçan raketi var"

Putin:Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inı savadlı və yetkin siyasətçi adlandırıb.
İnform.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Rusiya qəzet və informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.

"Kim Çen In öz strateji vəzifəsinin öhdəsindən gəlib. O, bu partiyanın qalibidir. Onun nüvə başlığı və dünyanın istənilən nöqtəsinə çata biləcək, 13 min kilometr məsafəyədək uçan raketi var", - deyə Vladimir Putin qeyd edib.

Rusiya prezidentinin fikrincə, hazırda Şimali Koreya lideri vəziyyəti stabilləşdirməkdə maraqlıdır: "O, artıq savadlı və yetkin siyasətçidir".

Putin Koreya yarımadasının nüvəsizləşdirilməsini ancaq dialoq və danışıqlar yolu ilə etmək lazım olduğunu qeyd edib: "Hesab edirəm ki, bu, çətin olsa da, mümkündür".

İnform.az

Baxış sayı: 56