Din
11.01.2018 / 17:40

“İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq” layihəsi çərçivəsində növbəti tədbir keçirilib- Astarada

“İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq” layihəsi çərçivəsində növbəti tədbir keçirilib-Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Astara rayon Şahağacı kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq” layihəsi çərçivəsində Astara rayon Şahağacı kənd Mədəniyyət evində maarifləndirici tədbir keçirilib.

İnform.az-ın xəbərinə görə tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Şahağacı kənd məscidi dini icmasının sədri Nazim Əsədov, Şahağacı kənd Mədəniyyət evinin direktoru Sevda Xudaverdiyeva və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında ölkəmizdə multikulturalizm, dini həmrəylik mühitinin və məzhəblərarası dialoqun yüksək səviyyədə olduğunu bildirib.T.Həsənzadə İslam həmrəyliyinin məzhəb ayrıseçkiliyinə qarşı mübarizədə əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Şahağacı kənd Mədəniyyət evinin direktoru Sevda Xudaverdiyeva çıxışında ölkə rəhbərliyinin dini sahəyə qayğısından danışaraq, Azərbaycanda dövlət-din münasibətlərinin nümunəvi xarakter daşıdığını vurğulayıb.

Şahağacı kənd məscidi dini icmasının sədri Nazim Əsədov və digərləri çıxışlarında keçirilən maarifləndimə tədbirlərinin gənc nəslin mənəvi-əxlaqi tərbiyəsində, vətənpərvər vətəndaş kimi formalaşmasında mühüm rolu olduğunu qeyd ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

“İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq” layihəsi çərçivəsində növbəti tədbir keçirilib-


İnform.az

Baxış sayı: 95