İdman
11.01.2018 / 16:55

Qurban Qurbanovun gəlişindən sonra.... ???

Qurban Qurbanovun gəlişindən sonra....Qurban Qurbanovun gəlişindən sonra milli komandalarda islahatlar davam etməkdədir.

İnform.az Rekord.az-a istinadən bildirir ki, daha bir nəfər aparılan islahatların qurbanı olub.

Riad Rəfiyev və Kamil Məmmədəovun ardından Zaur Hacı-Məhərrəmov da milli komandalardan kənarlaşdırılıb. Daha doğrusu, Qurbanov AFFA rəhbərliyinə bu insanı da öz komandasında görmək istəmədiyini bildirib.

Maraq üçün deyək ki, Hacı-Məhərrəmov uzun müddətdir ki, Azərbaycan futbolunun baş bəlası olan Bernard Lippertin müavini postunu tutub və milli komandaların təşkilati işləri ilə məşğul olub.

Biz deyə bilmərik ki, söylənilənlər həqiqətdi, yaxud baş katib əzizini məhz bu səbəbdən AFFA-dan uzaqlaşdırıb, Sadəcə, dəqiq olan budu ki, Zaur Hacı-Məhərrəmov Qurban Qurbanovun yeni işçi komandasında yer almayacaq.

İnform.az

Baxış sayı: 43