Baş xəbər, Dünya
11.01.2018 / 15:41

Ermənistanda həyat səviyyəsi daha da azalacaq- 2018-ci ildə

Ermənistanda həyat səviyyəsi daha da azalacaq-2018-ci ildə Ermənistanda vətəndaşların həyat səviyyəsinin ötən illə müqayisədə daha da azalacağı gözlənilir.

İnform.az Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu iqtisadçı Artak Manukyanın dediyini bildirir.

Onun fikrincə, bunun səbəblərindən biri ərzaq məhsullarının qiymətinin artmasıdır:

A.Manukyan qeyd edib ki, bu amilə həmçinin, iyulun 1-dən başlayaraq pensiya sistemi üçün icbari ödənişlərin tətbiq olunması da əlavə olunacaq.

İqtisadçı onu da vurğulayıb ki, Ermənistan vətəndaşlarının rifahı üçün cəhdlərin edilməməsini pensiya və əməkhaqlarının artırılmaması da göstərir.

İnform.az

Baxış sayı: 75