Dünya
11.01.2018 / 12:54

Ermənistanda danışılmış oyun faktı ilə əlaqədar araşdırmalara başlanılıb

Ermənistanda danışılmış oyun faktı ilə əlaqədar araşdırmalara başlanılıbErmənistan Futbol Federasiyasının (EFF) prezidenti Ruben Ayrapetyan danışılmış oyun faktı ilə əlaqədar ölkənin Milli Təhlükəsizlik Xidmətinə (MTX) müraciət edib.

İnform.az “Report”un “Aysor”a istinadən verdiyi məlumatda, artıq futbol oyunlarının nəticəsinin manipulyasiyası ilə bağlı cinayət işi açıldığını bildirir.
İstintaq Komitəsinin (İK) məsləhətçisi Sona Truzyan məsələ ilə bağlı bildirib ki, MTX işi İK-ya verib: "Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan UEFA-dan hesabat alandan dərhal sonra MTX-yə müraciət edib".

Qeyd edək ki, UEFA ötən il oktyabrın 20-də Ermənistan çempionatının I Divizionunda XII tur çərçivəsində baş tutmuş “Lori” – “Erebuni” görüşünün (5:0) danışılmış olması ilə bağlı hesabat hazırlayıb. Müvafiq sənədlər araşdırlması üçün EFF-yə göndərilib.

İnform.az

Baxış sayı: 34