Sağlamlıq
11.01.2018 / 12:32

Bu yayılmış dərman kişilərdə sonsuzluğa səbəb olur sonsuzluğa səbəb olur

Bu yayılmış dərman kişilərdə sonsuzluğa səbəb olurKopenhagen Universiteti (Danimarka) alimləri populyar ağrıkəsici və hərarətsalan dərmanının ciddi yanaşı təsirini aşkar ediblər.

Inform.az saglamolun.az-a istinadla bildirir ki, araşdırmaların nəticələrinə görə, ibuprofenin qəbulu kişilərdə sonsuzluğa səbəb ola bilər.

Eksperimentdə yaşı 18-dən 35 qədər olan 31 kişi iştirak edib. Onlar 2 qrupa bölünüb. Birinci qrup hər gün ibuprofen, 2-ci qrup isə plasebo qəbul edirdi.

2 həftədən sonra ibuprofen qəbul edən kişilərdə əsas kişi hormonu olan testosteronun sintezində azalma müşahidə olunub ki, bu da gələcəkdə sonsuzluğun inkişafına səbəb ola bilər.


İnform.az

Baxış sayı: 195