Baş xəbər, Dünya
11.01.2018 / 12:23

Sarkisyan yeni ilə səyahətçi kimi başladı

Sarkisyan yeni ilə səyahətçi kimi başladıErmənistan prezidenti Serj Sarkisyan yeni ildə əsl səyahəçi olub. Yeni il bayramı Ermənistan rəhbəri üçün olduqca qəribə başlayıb.

İnform.az istipress-ə istinadən bildirir ki,bunu ermənilərin məşhur “Jamanak” qəzeti yazır:
"Onun vəziyyəti pisləşdi. Vəziyyət hətta o yerə çatdı ki, Nairi tibb mərkəzinə yerləşdirildi. Bunun üçün də o yanvarın 5-də keçirilən müqəddəs missiyada iştirak edə bilmədi. Sarkisyanı tədbirdə həyat yoldaşı əvəz etdi. Bir gün sonra Eçmiədzindəki tədbirə də getmədi".

Sonradan prezidentin yoxluğu ilə bağlı qəribə açıqlamar verildi. Tibb mərkəzi xüsusi bəyanatala çıxış etdi və bildirdi ki, Sarkisyan müalicəyə gəlməyib. Öz prezidentlərinin sağlamlığı ilə bağlı vəziyyəti araşdıran jurnalistlər isə gözlənilməz detallar əldə etdilər. Məlum olub ki, Sarkisyan bayram günlərində əsl səyahətçi olub. Yanvarın 3-də o Rusiyada – Moskvada, ayın 1-2-də isə Avropa ölkələrindən birində olub. Bu səyahətlərin məqsədinin nə olmasını isə müəyyən etmək mümkün olmayıb. Prezidentin bayram günlərində ölkədə olmaması, səyahətlərinin məqsədi barədə onun aparatı hələlik heç bir məlumat verməyib.

Bəzi ekspertlər isə ehtimallarını səsləndiriblər. Onların sözlərinə görə, Sarkisyanın belə səfərləri şübhəsiz ki, gözlənilən baş nazir postuna təyinatla bağlıdır. Yeni konsititutsiyaya görə, baş nazir ölkədə hakim mövqeyə sahib olacaq. Buna görə də Sarkisyan Avropa, Rusiyaya uçub ki, hər kəsi gələcəkdə də onlarla sıx əməkdaşlıq edəcəyinə inandırsın. Səbəb aydındır. Ermənistanın pula olduqca çox ehtiyacı var. Günü-gündən bahalaşan qiymətlər xəzinəyə heç nə vermir. Bunun üçün də bayramı unudan Sarkisyan ölkəyə çox lazım olan pulları ala biləcəyini düşündüyü ölkələrin yollarına düşüb.

İnform.az

Baxış sayı: 152