Dünya, Hüquq
11.01.2018 / 10:22

DİN rəhbəri Türkiyənin üzləşdiyi təhlükədən danışıb

DİN rəhbəri Türkiyənin üzləşdiyi təhlükədən danışıb"2017-ci il ərzində Türkiyədə ümumilikdə 20 min ton heroin müsadirə edilib."

İnform.az Trend-in məlumatına istinadən bildirir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Nazirin sözlərinə görə, bu rəqəm ondan xəbər verir ki, Türkiyə böyük bir təhlükə ilə üz-üzədir və narkomaniya ilə mübarizəni gücləndirməlidir.

S.Soyli daha sonra əlavə edib ki, 2017-ci ilə 520 adam dozadan artıq narkotik maddə qəbulundan ölüb.

Qeyd edək ki, İstanbul polisi yanvarın 9-da keçirdiyi əməliyyat zamanı 500 kiloqram narkotik vasitə, o cümlədən 150 kiloqram heroin aşkar etmişdi.

İnform.az

Baxış sayı: 41